İçeriğe geç

Səni nə qədər sevirəm?

Dünyalar qədər

Sevgi bir insanı yalnız yaxşı tərəfləri ilə deyil, yaxşısı ilə də, pisi ilə də tanıyıb sevməkdir. Amma insanı həqiqətən xoşbəxt edən nədir, bilirsən? Sevdiyin insan tərəfindən eyni cür sevilmək.
Mən səni dünyalar qədər çox sevirəm. Özümü tanımağa başladığım gündən bəri səni sevirəm. Həyatımın o qədər böyük bir hissəsində varsan ki, səni düşünmədiyim bir “mən” təsəvvür etmək mənə həmişə qəribə gəlib.

Sevgimi necə göstərirəm?

Bir oğlanın sevgi göstərməsi üçün bir çox yol var məsələn hədiyyələr almaq, xoş sözlər demək, öpmək-qucaqlamaq, qayğı göstərmək və s və s. Davamı peşmanlıqlarım hissəsindədi 🙂

Mən səni yanlışlarınla da, doğrularınla da sevirəm. Səndə sevdiyim hər şeylə, bəzən məni əsəbiləşdirən xüsusiyyətlərinlə birlikdə.
Çünki mənim üçün sən sadəcə həyatımda olan bir insan deyilsən.
Sən mənim hər kəsdən qoruyub, dünyadan gizlətdiyim ən müqəddəs yerimsən.