İçeriğe geç

Salam, Elnurə 👋🏻

İkimizin adına qurduğum və yalnız ikimizin görə biləcəyi bu kiçik dünyaya xoş gəlmisən.

İndi hardasan, nə edirsən, yaxşısanmı — heç birini bilmirəm. Bəlkə də bu səhifəni açdığın anda heç ağlına gəlməzdi ki, bir gün sənə yazmaq əvəzinə, sənə bir sayt quracam.

Amma mən, bir rəqəmsal marketinq mütəxəssisinin edə biləcəyi ən kreativ şeyi edib, sənə bir sayt hazırladım.

Burada bizim xatirələrimiz var.
Deyə bilmədiyim sözlər var.
Etiraflarım var.
Peşmanlıqlarım var.
Və bütün bunların arasında hələ də sənə olan sevgim var.

Bu saytın hər bir səhifəsini ürəyimdəki yara, sənə olan sevgim və sənə olan hörmətimlə hazırladım.

Tələsmə.

Sadəcə içəri keç.

Bəlkə də bu dəfə demək istədiklərimi yarımçıq qoymazsan.

Sağ yuxarıdaki 3 düyməyə basaraq dünyamızı kəşf elə