Əslində bizim belə yüzlərlə xatirəmiz var.
Gülməli olanlar.
Xoşbəxt edənlər.
Dəfələrlə danışıb yenə güldüklərimiz.
Və təəssüf ki, heç vaxt olmasaydı dediyimiz pis xatirələr də.
Amma bütün bunların içində bir şeyi başa düşdüm:
Həyatda hər şeyə yalnız yaşandığı anda baxmaq olmur.
Bəzən illər keçməlidir ki, bir hadisənin bizə nə verdiyini anlayaq.
Bəlkə də xoşbəxtlik hər şeyin mükəmməl olması deyil.
Xoşbəxtlik yaşadıqlarımızın içində gözəl olanları görə bilməkdir.
Və mən bizim hekayəmizə baxanda, bütün çətinliklərə baxmayaraq, görəcəyim gözəl şeylərin sayı həmişə çox olacaq.
Unutma ki, bizim münasibətimiz hər zaman hamıdan fərqli olub. Hər münasibət özünəməxsusdur və bir münasibəti başqa bir münasibətlə, bir-birimizi isə başqaları ilə müqayisə etmək çox yanlışdır.
17 iyun 2021
Axşam saatları idi, kompüterdə içim buruq şəkildə oyun oynayırdım. Səni illərdir dünyalar qədər sevirdim. Amma bunu sənə deməyə heç cür cəsarət edə bilmirdim. Ən çox da rədd cavabı almaqdan qorxurdum.
Amma həmin gün, oyunun ortasında, nədənsə içimə indiyə qədər olmayan bir cəsarət gəldi.
Və sənə yazdım.
Sənə olan sevgimi etiraf etdim.
Bəlkə də o vaxt bunu çox ciddi qəbul etməmişdin. Amma zaman keçdikcə həmin mesaj bizim üçün möhtəşəm, bəzən çox çətin, bəzən də olduqca ağrılı illərin başlanğıcı oldu.
Bu gün geriyə baxanda isə anlayıram ki, hər şey elə həmin gecə başladı.
3 iyun 2025
Həmin semestrin ilk imtahanına girmişdin. Çıxanda səni Mall-da gözləyəcəkdim ki, görüşək.
Və həqiqətən də çox gözəl gün keçirdik. Çoxxxlu qeybətlər elədik
Yedik. İçdik. Gəzdik. Danışdıq.
Amma mənim üçün günün ən gözəl hissəsi başqa idi:
Mənim birdənəm imtahanını yaxşı vermişdi.
Sənin uğuruna öz uğurum kimi sevinmək…
Düşünürəm ki, sevgini ən çox göstərən şeylərdən biri də budu.
2021 ci il 25 dekabr
Bizim rəsmi ilk görüşümüz
O gün sənin ingilis dili hazırlığın var idi. Ancaq biz görüşək deyə hazırlığa getmədin və mənim üçün hələdə hərşeydən özəl olan Nərimanov parkında görüşüb skameykada oturduq. İlk dəfə o gün saçına toxundum. İlk dəfə o gün dəqiqələrcə sənə sevgilim kimi baxdım.
15 iyun 2023
İkimizində son zəng günü idi. Xatırlayırsansa o gün də nəyinsə üstündə kiçik dava etmişdik. Bizim üçün artıq məkəb bitirdi. Hər nə qədər oranın mühitindən zəhləm getsə də Allah bizi orada tanış etdiyi üçün ona həmişə şükür edirəm və sevinirəm. Son zəngdən 1-2 gün sonra səninlə cipsi kola alıb yeyib içə içə söhbət etdik telefonla. Çox maraqlı idi